Azərbaycan Mərkəzi Bankı İtaliyanın Milli Mikrokredit Agentliyi ilə anlaşdı


İqtisadiyyat 25 Fev 2020 10:30:53 106 0

Azərbaycan Mərkəzi Bankı İtaliyanın Milli Mikrokredit Agentliyi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankı İtaliyanın Milli Mikrokredit Agentliyi ilə anlaşdı

© pexels.com

Prezidentİlham Əliyevin İtaliyayarəsmi səfəri çərçivəsində Azərbaycan və İtaliya şirkətlərinin iştirakı ilə təşkil olunmuş biznes forumdaAzərbaycan Mərkəzi Bankı (AMB) və İtaliyanın Milli Mikrokredit Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, sənədi qurumun sədriElman Rüstəmov və İtaliyanınMilli Mikrokredit Agentliyinin prezidenti Mario Baççini imzalayıb.

Memorandumun məqsədi Azərbaycanda mikrokredit və mikromaliyyə alətlərinin yaradılması, inkişafı təcrübəsinin mübadiləsi sahəsində tərəflər arasında əməkdaşlığı təşviq etməkdən ibarətdir. Sənədə əsasən,iki təşkilat arasında mikrokredit alətlərinin təşviqi, hüquqi və tənzimləyici çərçivənin inkişafı, monitorinqi və qiymətləndirilmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərində əməkdaşlıq nəzərdə tutulur. Eyni zamanda bu əməkdaşlıq mikromaliyyə xidmətləri sahəsinin inkişafı və mikromaliyyələşmə fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə xarici tərəfdaş təşkilatlar ilə təcrübə mübadiləsi imkanlarının artırılmasında mühüm rol oynayacaq.

"Nəzərdə tutulan əməkdaşlıq ölkə prezidentininiqtisadiyyatın inkişafında maliyyə sektorunun rolunun artırılması üzrə irəli sürdüyü vəzifələrin uğurla reallaşmasına, xüsusilə kiçik və orta sahibkarlığın maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasında kredit institutlarının rolunun yüksəldilməsinə də töhfə verəcək", - AMB-nin açıqlamasında qeyd olunub.

Xatırladaq ki,İtaliyanın Milli Mikrokredit Agentliyi Avropa İttifaqının təşviq etdiyi vəmaliyyələşdirdiyimikro-maliyyə alətlərinin təşviqi, tənzimlənməsi, qiymətləndirilməsi və monitorinqini həyata keçirən qurumdur.