Hökumət saytının adının dəyişdirilməsinin səbəbi məlum oldu


Siyasət 25 Fev 2020 10:21:00 126 0

Hökumət saytının adının dəyişdirilməsinin səbəbi məlum oldu

Nazirlər Kabineti (NK) qurumun rəsmi saytının adının dəyişdirilməsinə aydınlıq gətirib.

Nazirlər Kabineti

Azərbaycan Nazirlər Kabineti (NK) qurumun rəsmi saytının adının dəyişdirilməsinə aydınlıq gətirib.

NK-nın Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov"Report"a açıqlamasında deyib ki, saytın adının dəyişdirilməsi təkmilləşdirmə işləri ilə əlaqədardır:

"Hazırda Nazirlər Kabinetinin saytı yeni və əvvəlki adla paralel olaraq fəaliyyət göstərir".

Qeyd edək ki, Nazirlər Kabinetinin rəsmi internet resursunun adı dəyişdirilib. Bununla da qurumnk.gov.az domeni ilə fəaliyyətə başlayıb. Bundan əlavə Nazirlər Kabinetinin əvvəlki rəsmi saytı olancabmin.gov.az domeni də fəaliyyət göstərir.