Azərbaycan XİN Küveyti təbrik etdi


Siyasət 25 Fev 2020 10:22:55 191 0

Azərbaycan XİN Küveyti təbrik etdi

Biz əminik ki, münasibətlərin inkişafı xalqlarımız arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək

© Report — Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi Küveyti bayram münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, təbrik mətniXİN-in “Twitter” səhifəsində yayılıb:

“Küveytin Milli Bayramı münasibətilə dost Küveyt xalqını ən xoş arzularla səmimi-qəlbdən təbrik edirik. Biz əminik ki, münasibətlərin inkişafı xalqlarımız arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək”.