Şəkidə qəza olub, ölən və yaralananlar var


Sosial 25 Fev 2020 10:24:43 119 0

Şəkidə qəza olub, ölən və yaralananlar var

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonunKöbər-Zəyzid kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Fakt bağlı araşdırma aparılır.