Qazaxıstanda icazəsiz aksiyalarda 50-dən çox insan saxlanılıb


Dünya 25 Fev 2020 10:14:27 133 0

Qazaxıstanda icazəsiz aksiyalarda 50-dən çox insan saxlanılıb

43 nəfər isə aparılan söhbətdən sonra sərbəst buraxılıb

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları fevralın 22-də Nur-Sultan və Almatı şəhərlərində keçirilənicazəsiz mitinqlər zamanı 53 nəfəri saxlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev məlumat verib.

Onun sözlərinə görə, inzibati məsuliyyətə cəlb olunanlar var, 43 nəfər isə aparılan söhbətdən sonra sərbəst buraxılıb.