Bakıda polis doğma qardaşı tərəfindən öldürüldü


Digərləri 25 Fev 2020 09:29:00 156 0

Bakıda polis doğma qardaşı tərəfindən öldürüldü

Bakıda polis əməkdaşı qətlə yetirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərmanov rayonunda baş verib.

Bakı şəhər sakini, 1993-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M. Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Araz Ramazanov qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.