Bu ölkədə koronavirusa yoluxanların hamısı sağaldı


Dünya 25 Fev 2020 09:18:00 115 0

Bu ölkədə koronavirusa yoluxanların hamısı sağaldı

Fransada daha əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin hamısı sağalıb.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Olivye Veran açıqlama verib.

Veranın sözlərinə görə, hazırda Fransa ərazisində virus daha yayılmır. "Lionda xəstəxanaya yerləşdirilən sonuncu pasiyent sağalıb. O daha xəstə deyil və ona görə də evə qayıda bilib", - Səhiyyə naziri deyib.

Qeyd edək ki, Fransada ölümcül virusa yoluxan 12 nəfərdən cəmi 1-i dünyasını dəyişmişdi.