“Əşyaların interneti” üçün yeni çip 5000 dəfə daha az enerji sərf edir


Digərləri 25 Fev 2020 08:51:00 146 0

“Əşyaların interneti” üçün yeni çip 5000 dəfə daha az enerji sərf edir

Yeni ixtira sayəsində "Əşyaların interneti" qurğularına enerji doldurma blokları və ya böyük ölçülü akkumulyatorlar lazım olmayacaq.

Son.az ictnews.az-a istinadən bildirir ki, Kaliforniya Universitetində hazırlanmış çip cəmisi 28 mikrovatt enerji sərf edir ki, bu da standart "Wi-Fi" qoşulma ilə müqayisədə 5000 dəfə daha az göstəricidir. Buna baxmayaraq, yeni texnoloji hazırlama məlumatları 21 metr məsafəyədək 2 Mbit/s sürətlə ötürə bilir.

Alimlərin yeni hazırlaması San-Fransiskoda keçirilmiş beynəlxalq "ISSCC 2020" konfransında təqdim edilib.