Kanadalılar İranda təyyarə qəzasında həlak olanların ailələri üçün 2,5 milyon dollar yığdılar


Dünya 25 Fev 2020 08:52:00 104 0

Kanadalılar İranda təyyarə qəzasında həlak olanların ailələri üçün 2,5 milyon dollar yığdılar

Kanada sakinləri yanvarın əvvəlində Tehran üzərində vurulan Ukrayna təyyarəsinin həlak olan sərnişinlərinin qohumlarına kömək üçün 3,29 milyon Kanada dolları (2.5 milyon dollar) yığıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Kanadanın XİN başçısı Fransua-Filip Şampan "Twitter" səhifəsində bildirib.

Kanadada qəza xəbərindən sonra, qəzada həlak olan 57 vətəndaşın qohumları üçün maliyyə dəstəyi təşkil edilib.

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737 yanvarın 8-də Tehran hava limanından çıxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Əfqanıstan, Almaniya, İran, Kanada, Ukrayna, Böyük Britaniya və İsveç vətəndaşları olan 176 nəfər həlak olub. Daha sonra İran Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 11-də təyyarənin hava hücumundan müdafiə qüvvələri tərəfindən səhvən vurulduğunu etiraf edən bəyanat yayıb.