VİSA: Azərbaycan maliyyə bazarlarında innovasiyalar üçün ən açıq ölkələrdən biridir


Digərləri 25 Fev 2020 08:53:00 131 0

VİSA: Azərbaycan maliyyə bazarlarında innovasiyalar üçün ən açıq ölkələrdən biridir

Azərbaycan maliyyə bazarlarında innovasiyalar üçün ən açıq ölkələrdən biridir.

Son.az bildirir ki, bunu Trend-ə VİSA-nın Cənubi Qafqaz üzrə regional direktoru Kristina Doroş deyib.

K.Doroşun sözlərinə görə, Azərbaycan bazarının bu qədər açıq olması bir tərəfdən ölkədə insanların yeniliklərə, yeni vasitələrdən istifadə etməyə maraqlı olmasını və Azərbaycanda tənzimləyicilərin - Mərkəzi Bankın, İqtisadi İslahatlar və Təhlili Mərkəzinin texnoloji cəhətdən inkişaf etmiş strukturlar olması ilə əlaqədardır. Burada nağdsız ödənişlərin tətbiqini genişləndirməyin vacibliyini başa düşürlər ki, buna da sübut Azərbaycanda keçirilən VISA CASHLESS forumudur.

VISA-nın Cənubi Qafqaz üzrə regional direktoru qeyd edib ki, Korporasiya bu tənzimləyicilərlə mövcud proqramın icrası istiqamətində çox fəal əməkdaşlıq edir. Məqsəd nağdsız ödənişlərin sayının artırılması, iqtisadiyyatın "boz zona"dan" "ağ zona"ya çıxmasına töhfə verməkdir. Bu şəraitdə vəsaitlər lazımi mühasibatlıq və nəzarətdən keçir, bank hesablarına yatırılır, onlardan vergilər və pensiyalar ödənilir və s.