“Apple” qurğularında standart proqramları dəyişmək mümkün olacaq


Digərləri 25 Fev 2020 07:01:00 120 0

“Apple” qurğularında standart proqramları dəyişmək mümkün olacaq

"Apple" şirkəti istifadəçilərə "iPhone" və "iPad" qurğularında standart mobil proqramları dəyişməyə imkan yaradacaq. Bu barədə "Bloomberg" agentliyinin jurnalisti Mark Qurman məlumat verib.

Son.az ictnews.az-a istinadən bildirir ki, onun sözlərinə görə, hazırda şirkət istifadəçilərə standart proqram kimi avtomatik işləyən kənar əlavələrin seçilməsi üçün icazənin verilməsi variantını nəzərdən keçirir. Məsələn, dəyişikliklər istifadəçilər tərəfindən digər əlavələrlə əvəzlənə bilənəcək "Safari" brauzerinə və "Mail" elektron poçtuna şamil ediləcək. Jurnalist qeyd edib ki, şirkətin hazırkı siyasəti rəqabətə ziyan vurur və nəzarətedici orqanlarda narahatlıq doğurur.

Bildirilir ki, "Apple" qurğularında, həmçinin kənar musiqi servislərindən istifadə üçün məhdudiyyətlərin aradan qaldırılması müzakirə olunur.

"Bloomberg" ekspertlərinin ehtimalına görə, məhdudiyyətlərin aradan qaldırılması məhsulların, xüsusilə "HomePod" "ağıllı" kolonkasının satışına müsbət təsir edəcək.