Çində koronavirus qurbanlarının sayı növbəti dəfə artdı


Dünya 25 Fev 2020 04:02:00 113 0

Çində koronavirus qurbanlarının sayı növbəti dəfə artdı

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı açıqlanıb.

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yeni virusdan ölənlərin sayı ümumilikdə 2 629 nəfərə çatıb. Ölkə üzrə isə ümumilikdə 25 309 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.

Komitə qeyd edib ki, hazırda ölkədə 79 774 insan virusun daşıyıcısıdır.

Xəstəxanalarda 51 836 nəfər müalicə olunur ki, onlardan 40 269 (78%) nəfərinin vəziyyəti ağır, 11 567 (22%) nəfərin isə kritikdir.