Bakıxanovda piyadanı vuran sürücü qaçdı


Sosial 24 Fev 2020 23:26:53 126 0

Bakıxanovda piyadanı vuran sürücü qaçdı

Bu gecə paytaxtda daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bu gecə paytaxtda daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisəSabunçu rayonunda, Bakıxanov qəsəbəsiərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 2003-cü il təvəllüdlü İbişov Elvin Ağabəy oğlunu minik avtomobili vurub.

17 yaşlı gənci vuran sürücü hadisə yerindən qaçıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ mil biləyin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.