Ukraynanın Milandakı Konsulluğu koronavirusa görə bağlanır


Dünya 24 Fev 2020 22:47:59 141 0

Ukraynanın Milandakı Konsulluğu koronavirusa görə bağlanır

Fevralın 25-dən etibarən Ukraynanın Milandakı Baş Konsulluğu bölgədə koronavirusun yayılması ilə əlaqədar vətəndaşların qəbulunu və sənədlərin verilməsini dayandıracaq.

Fevralın 25-dən etibarən Ukraynanın Milandakı Baş Konsulluğu bölgədə koronavirusun yayılması ilə əlaqədar vətəndaşların qəbulunu və sənədlərin verilməsini dayandıracaq.

“Report” un məlumatına görə, bu barədə Konsulluğun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, vətəndaşların qəbulu Lombardiyanın regional rəhbərliyindən müvafiq tövsiyələr aldıqdan sonra bərpa ediləcək. Fövqəladə vəziyyətdə Ukrayna vətəndaşları konsulluğun qaynar xətti və ya elektron poçtu ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, İtaliyada 220-dən çox koronavirus yoluxması faktı rəsmiləşdirilib, ölənlərin sayı 7-yə çatıb.

Yoluxanlar isə əsasən İtaliyanın şimalındadır. Bunlar Lombardiya və Veneto regionlarıdır.