İNANILMAZ: Xəzinə axtaran şəxs torpağın altından GÖRÜN NƏ TAPDI FOTO


Digərləri 24 Fev 2020 22:44:00 131 0

İNANILMAZ: Xəzinə axtaran şəxs torpağın altından GÖRÜN NƏ TAPDI  FOTO

İngiltərədə həvəskar xəzinə ovçusu Ben Bişop metal axtararkən tarixi əsər tapıb.

Son.az xəbər verir ki, Bişop İngiltərənin Somerset qraflığında yerləşən ərazidə 1550-ci ilə aid qızıl üzük tapıb. Üzüyün üzərində qartal simvolu yer alıb. Elm adamları hesab edir ki, bu simvol I Elizabetin rəmzi sayılır. Buna görə də, üzüyün təxminən 500 yaşı olduğu güman edilir.

Ben Bişop tapıntısı ilə bağlı maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, 7 ildir ki, xəzinə tapmaq üçün axtarışlar edir. Üzüyü ilk dəfə görəndə sadə metal olduğunu düşünüb. Daha sonra üzüyün Elizabet taxtına aid olduğunu öyrənib.

Bişop "Üzük bir müddət muzeydə araşdırıldıqdan sonra mənə qaytarıldı. Üzüyü satdıqdan sonra əldə edəcəyim pulu üzüyü tapdığım ərazinin sahibi ilə bölüşdürməyi düşünürəm"- deyə açıqlama verib. (publika.az)