Bu maska koronavirusdan 90 faiz qoruyur


Digərləri 24 Fev 2020 22:40:00 180 0

Bu maska koronavirusdan 90 faiz qoruyur

Çində yayılan koronavirusa görə xəstələrlə təmasda olan tibb işçiləri müxtəlif daha keyfiyyətli respiratorlardan istifadə edirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, Çin alimləri hansı respiratorun daha qoruyucu olmasını araşdırıb.

Araşdırma zamanı məlum oldu ki, "N95" respiratorları taxan tibb işçiləri virusa yoluxmayıblar. Bu maskalar diametri 0,0001 düym (0,3 mikron) olan kiçik zərrəciklərin 95 faizinin qarşısını alır və demək olar ki, 90% qoruma effektinə malikdir.

Hazırda hər bir xəstəxananı təmin etmək üçün Çində bu maskaların istehsal sürətlənib.