Böyük Britaniyada yeni pasportlar veriləcək


Dünya 24 Fev 2020 21:42:00 150 0

Böyük Britaniyada yeni pasportlar veriləcək

Böyük Britaniyada mart ayından etibarən yeni pasportlar veriləcək. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu proses mərhələli şəkildə həyata keçiriləcək. Yeni pasportlar mavi rəngdə olacaq.

Qeyd edək ki, hazırkı pasportlar tünd qırmızı rəngdədir. Böyük Britaniya bu pasportları vətəndaşlara Avropa İttifaqının tövsiyələrinə uyğun olaraq 1988-ci ildən etibarən verirdi.