Sumqayıtda marşrut avtobuslarında pulsuz WiFi quraşdırıldı


Digərləri 24 Fev 2020 21:29:00 288 0

Sumqayıtda marşrut avtobuslarında pulsuz WiFi quraşdırıldı

Sumqayıt şəhərində ictimai nəqliyyat sistemində daha bir yenilik həyata keçirilib.

Şəhər İcra hakimiyyətindən Trend-ə verilən məlumata görə, şəhərdə 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub.

Nəqliyyatın rahatlığını və hər gün ictimai nəqliyyatdan istifadə edən minlərlə sərnişinin məmnunluğunu nəzərə alaraq həyata keçirilən layihə ilkin mərhələdə 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub.

Pulsuz Wi-Fi xidməti mərhələli şəkildə şəhərdə fəaliyyət göstərən digər marşrut xətlərində də reallaşdırılacaq.

Bununla yanaşı avtobusların bir mərkəzdən idarə olunması məqsədi ilə onlayn rejimdə Mərkəzləşdirilmiş Dispetçer Xidməti də yaradılacaq. Bu proses nəticəsində nəqliyyat vasitələrinin sürücülərinə nəzarət daha da artırılacaq. Həmçinin sürücü-sərnişin münasibətləri də diqqətdə saxlanacaq.