Bakıda kişi və qadın dəm qazından boğularaq ölüb
Digərləri 24 Fev 2020 20:54:00 135 0
Bakıda iki nəfər dəm qazından boğulub.
Son.az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində kirayədə yaşayanlar - 1960-cı il təvəllüdlü Qulamov Bəşir Əbülfəz oğlu və 1982-ci il təvəllüdlü (M.Z) dəm qazından boğularaq ölüblər.
Onlar qeyri-rəsmi nikah münasibətlərində olublar.
Faktla bağlı araşdırma aparılır.
Son.az
Mənbə: milli.az