Azərbaycanla ticarət dövriyyəsinin artırılması Türkiyə üçün prioritetdir


Digərləri 24 Fev 2020 20:21:00 146 0

Azərbaycanla ticarət dövriyyəsinin artırılması Türkiyə üçün prioritetdir

Azərbaycanla ticarət dövriyyəsinin artırılması Türkiyə üçün prioritetdir.

Son.az bildirir ki, bunu Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, Türkiyənin əsas məqsədi Azərbaycanla ticarət dövriyyəsini 5 milyard dollaradək çatdırmaqdır.

2019-cu ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsi 2,033 milyard dolları keçib.

2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana ixrac 2019-cu ilin yanvarı ilə müqayisədə 33,58 faiz artaraq 118,318 milyon dollar təşkil edib.