Abşeronda 64 yaşlı qadın dənizdə batıb


Digərləri 24 Fev 2020 20:44:00 127 0

Abşeronda 64 yaşlı qadın dənizdə batıb

Abşeronda 64 yaşlı qadın dənizdə batıb.

Bu barədə Son.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Görədil kəndində 1 nəfərin meyitinin dənizdən çıxarılması üçün müraciət daxil olub. 

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1956-cı il təvəllüdlü Rzayeva Əminə Teyyub qızının meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.