Daha bir ölkədə ilk dəfə koronavirus tapıldı


Dünya 24 Fev 2020 20:49:00 133 0

Daha bir ölkədə ilk dəfə koronavirus tapıldı

Omanda ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sultanlığın Səhiyyə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, İrandan gələn 2 nəfər Oman vətəndaşında koronavirus aşkarlanıb. Karantinə götürülən xəstələrin vəziyyəti stabildir.

Qeyd edək ki, Bəhreyn, Küveyt, İraq və Əfqanıstanda da koronavirusa ilk yoluxma halları qeydə alınıb.