Ömrün uzun olması təhsillə bağlıdır - ARAŞDIRMA


Sosial 24 Fev 2020 20:36:46 148 0

Ömrün uzun olması təhsillə bağlıdır - ARAŞDIRMA

Bu qənaətə 30 il araşdırmadan sonra ABŞ-ın Yel Universitetinin alimləri gəliblər

© google.az

İnsan ömrünün uzun olmasınatəsir edən ən önəmli faktor var-dövlət, irq yox, təhsildir.

“Report” xəbər verir ki, bu qənaətə 30 il araşdırmadan sonraABŞ-ın Yel Universitetinin alimləri gəliblər.

Üzərilərində təcrübə aparılan5 114 nəfərdən müşahidə müddəti ərzində395-i dünyasını dəyişib.Ali təhsili olmayan şəxslərdə ölüm 13% təşkil edib. Kollec və ya universitet məzunları arasında isə ölüm sadəcə 5% olub.

Başlanğıcda alimlər ölümün irqlə əlaqəli olduğunu düşünüblər: ölənlərin 9%-i qaradərili,6%-i isə ağdərili olub. Ancaq sonra dəri rəngi və təhsil məlumatları araşdırılaraqirq fərqlərinin elə də əhəmiyyətli olmadığı nəticəsinə gəlinib. Belə ki, qaradərili iştirakçıların 13,5, ağdərili iştirakçıların isə 13,2%-i ali təhsilsiz idi.

Alimlər araşdırmanın nəticəsininhöküməti təhsili daha əlçatan etməsi üçün təkan verəcəyinə ümid edirlər.