“PepsiCo” Çin şirkətini satın alır


İqtisadiyyat 24 Fev 2020 20:06:54 166 0

“PepsiCo” Çin şirkətini satın alır

“PepsiCo” şirkəti Çinin “Haoxiangni Health Food Co” şirkəti ilə “Haomusi Food Co., Ltd” onlayn ərzaq satışı portalını satın almaq barədə razılaşıb

“PepsiCo” şirkəti Çinin “Haoxiangni Health Food Co” şirkəti ilə “Haomusi Food Co., Ltd” onlayn ərzaq satışı portalını satın almaq barədə razılaşıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, 705 milyon ABŞ dollarına başa gələn bu sövdələşmə satıcının səhmdarları və rəsmi qurumlar tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

“PepsiCo”dan bu satınalma vasitəsilə 40 ildən artıqdır fəaliyyət göstərdikləri Çin bazarında ərzaq məhsulların və içkilərin istehsalı üzrəlider mövqeyə yiyələnməyi hədəflədiklərini bildiriblər.