Məzahir Pənahov: "MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar"


Siyasət 24 Fev 2020 19:39:00 126 0

Məzahir Pənahov: "MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar"

"Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında "gestapo" rejimidir, Məzahir Pənahovun yanında Stalin toya getməlidir. Amma bunun heç bir əsası yoxdur".

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, bu kimi fikirlər heç də doğru deyil: "Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar. Həmçinin bizim işçilərlə də münasibətlərimiz çox səmimidir".

Son.az