Eldar Əzizov Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb


Siyasət 24 Fev 2020 19:11:12 164 0

Eldar Əzizov Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Görüşün nəticələrinə əsasən, tərəflər yeni qarşılıqlı əlverişli layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıblar

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.

Səfirlikdən “Report”a verilən məlumata görə, tərəflər görüş zamanı geniş əhatəli, xüsusilə də Ukrayna və Azərbaycanın inzibati-ərazi vahidləri arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə ediblər.

Görüşün nəticələrinə əsasən, tərəflər yeni qarşılıqlı əlverişli layihələrin həyata keçirilməsində maraqlı olduqlarını, eləcə də ticari-iqtisadi, mədəni-humanitar, turizm və digər sahələrdəki mövcüd əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.