“Hercai”də gözlənilməz ayrılıq


Digərləri 24 Fev 2020 18:59:00 208 0

“Hercai”də gözlənilməz ayrılıq

Reytinqlərdə ilk sıralarda olan "Hercai" serialında ayrılıq yaşanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ekran işinin rejissoru Cem Karcı layihədən uzaqlaşıb.

Serialın ilk bölümündən etibarən çox yorulduğunu deyən C.Karcı prodüser Banu Akdənizlə qarşılıqlı razılaşma əsasında bu qərarı verib.

Qeyd edək ki, serialda baş rolları Ebru Şahin və Akın Akınözü canlandırır.