“Atam kəmərlə belimə vururdu, travma almışam” Fəqan Məmmədov


Şou-biznes 24 Fev 2020 18:34:00 167 0

“Atam kəmərlə belimə vururdu, travma almışam”  Fəqan Məmmədov

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı aktyor Fəqan Məmmədov və Üzeyir Mehdizadə olub. Son.az bildirir ki, Fəqan Üzeyirlə olan dostluğundan söhbət açıb: "Üzeyirlə 16 ildir ki, dostduq. Bir yerdə qədəm qoymuşuq. Yumorla bağlı ilk albom məsləhətini Üzeyir verdi". Aktyor eyni zamanda keçdiyi çətin mübarizə yolundan da danışıb: "Uşaqlıqdan Bərdə rayonunda "Şən Hazırcavablar klubu"nun kapitanı olmuşam. O komandanı da atamın qorxusundan gizlin yaratmışdım. Atam məni başqa sahəyə, vəzifə sahibi olmaq üçün yönləndirirdi... Döyülə-döyülə, kəmərlə belimə vururdu, amma gizlincə musiqi ilə məşğul olurdum. Travma almışam".

Son.az