Bu da İradə İbrahimovanın heç yerdə görmədiyiniz ikinci bacısı


Şou-biznes 24 Fev 2020 18:29:00 241 0

Bu da İradə İbrahimovanın heç yerdə görmədiyiniz ikinci bacısı

Məşhur müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimova sosial media hesabında maraqlı paylaşımı ilə diqqət çəkib.

Son.az big.az-a istinadən xəbər verir ki, Nigar heç kimin tanımadığı üçüncü bacıları haqqında foto paylaşaraq məlumat verib: "Dünyanın ən dəyərli insanı olan bacım, səni çox sevirəm. Əgər həyatda bir bacın varsa, çox şanslısan deməkdir. Amma həyatında ikinci bacın varsa, dünyanın ən şanslı insanı sənsən. Bax, mənim də belə sonbeşik bacım - Sonam var. Sağ əlim, ürəyi yananım, hər şeyimə sevinənim, Allahın gözəl, dürüst, ağıllı bəndəsi. Sənə arzum sonsuzdur bilirsən. Allahdan arzum sağlam olasan, iki övladını səbr və gücünlə böyüdəsən, ailənlə birgə böyüdüb istədiyin günləri görəsən. Mən də sənin kimi fəxr edim. Bacı ən yaxşı dostdur, ondan qaçmaq olmaz!"

Şəkil izləyicilərin marağına səbəb olub. Onlar bacıların sayının üç olduğundan təəccübləniblər. Nigara çoxsaylı suallar ünvanlayıblar.