"Bu qiyamətin əlamətidir"


Şou-biznes 24 Fev 2020 17:34:00 158 0

"Bu qiyamətin əlamətidir"

"Mən efirlərdə neçə dəfə demişəm. Əvvəla insan müğənni işi ilə məşğul olur da, adının altından oğru yazılmır. Güya mən deməklə ki, "Hər yerindən duran özünə müğənni deməməlidir", belə olmayacaq ki?"

Son.az xəbər verir ki, bu açıqlamanı əməkdar artist Elnarə Abdullayeva "Hər şey daxil"də özünü müğənni adlandıran bəzi tanınmışlar barədə danışarkən edib.

Xanım sənətçi müğənnilikdən bixəbər insanların populyarlığının günahkarı kimi televiziyaları qınayıb: 

"Onsuz da bu işlər belə gedəcək. Bu qiyamətin əlamətləridir. O sizlik, mənlik deyil. Bu olmalıdır və olacaq. Oxuyan deyəndə, mən özümü oxuyan hesab eləmirəm. Çox vaxtı deyirlər "Nətəri oxuyursan", filan. Bilirsiniz, televiziyalar bizə elə şeylər göstərdi ki, elə oxuyanları gətirib başımızın üstünə çıxartdı ki, artıq şəxsən mən bu sənətə nifrət eləyirəm. Ona görə nifrət eləyirəm ki, qardaş, sən məni də çağırırsan ora, ümumiyyətlə ağzını açıb oxuya bilməyəni də çağırırsan bura. Xalq onları istəmir. Biz xalqın adından istifadə edirik. Papaq altda səsi olan elə qızlar, oğlanlar yatır ki, Allaha and olsun bu gün bütün əməkdar artistləri də, xalq artistlərini də yeyər".