Çində minlərlə həkim koronavirusa yoluxdu


Dünya 24 Fev 2020 16:27:05 192 0

Çində minlərlə həkim koronavirusa yoluxdu

Bu barədə məlumatı ölkənin Milli Səhiyyə Komissiyası yayıb

Çində 3 mindən çox tibb işçisi koronavirus epidemiyasına yoluxub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Komissiyası məlumat yayıb.

Xatırladaq ki, Çin rəsmilərininson məlumatına görə, ölkədə virus epidemiyasından ölənlərin sayı 2 592 nəfərə çatıb, yoluxanların sayı isə 77 150-dən çoxdur.