Azərbaycan içki idxalını və ixracını kəskin azaltdı


İqtisadiyyat 24 Fev 2020 16:29:25 148 0

Azərbaycan içki idxalını və ixracını kəskin azaltdı

Azərbaycan içki idxalını və ixracını kəskin azaltdı

© google.az

Bu ilin yanvar ayında Azərbaycan 769min ABŞ dolları dəyərində spirtli və spirtsiziçkilər, eləcə də spirt ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 927 min ABŞ dolları və yaxud təxminən 71,5% azdır.

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,04%-ni təşkil edib.

Ötən ayAzərbaycana idxal edilmiş spirtli və spirtsiziçkilərin, spirtin dəyəri isə 3,291milyon ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 1 989 min ABŞ dolları və yaxud 37,7% azdır.

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,46%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 1 aylıq ticarət dövriyyəsinin 2,130 milyard ABŞ dollarıixracın, 721 milyon ABŞ dolları isəidxalın payına düşüb.