Astara sərhəd-gömrük keçid məntəqəsindən keçənlərin sayı kəskin azalıb


İqtisadiyyat 24 Fev 2020 16:04:52 181 0

Astara sərhəd-gömrük keçid məntəqəsindən keçənlərin sayı kəskin azalıb

​Astara sərhəd-gömrük keçid məntəqəsindən keçənlərin sayı kəskin azalıb

© Report

İranla Azərbaycan arasındaAstara sərhəd-gömrük keçid məntəqəsindən keçənlərin sayı 70% azalıb.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, buna Xarici İşlər Nazirliyininölkə vətəndaşlarına zərurət olmadıqca qonşu ölkəyəsəfərlərin təxirə salınması ilə əlaqədar etdiyi xəbərdarlıq səbəb olub.

Hazırda Astara postu gücləndirilmiş rejimdə işləyir. Koronavirus təhlükəsinə qarşı profilaktik tədbirlər və dezinfeksiya işləri ən yüksək səviyyədə həyata keçirilir.

Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Aslan Paşayevin sözlərinə görə,Mərkəzi Gömrük Hospitalının həkim briqadası 24 saat müddətində çalışır. Beynəlxalq yükdaşımalar normal şəkildə həyata keçirilir. Yük avtomaşınları stasionar qurğudan keçərək dezinfeksiya olunur. Vətəndaşların sağlamlığı baxımından qısa fasilələr olur. Havalandırma aparılır.