Narkobaron Sarvan qətlə yetirildi FOTO


Kriminal 24 Fev 2020 14:46:00 248 0

Narkobaron Sarvan qətlə yetirildi  FOTO

Ukraynanın Zaporoji şəhərində Sarvan ləqəbli azərbaycanlı narkobaron qətlə yetirilib.

Son.az lent.az -a istinadən xəbər verir ki, Sarvan şəhər kənarındakı evinin yaxınlığında sinəsinə vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.

Ukrayna polisinin məlumatına görə, qətl kriminal müharibənin nəticəsidir. Sarvan Zaporoji və ətraf regionlara narkotik satışı ilə məşğul idi. Onun narkotik bazarına nəzarət etdiyi də bildirilir.