İran XİN başçısı koronavirusu lağa qoydu


Dünya 24 Fev 2020 14:14:58 146 0

İran XİN başçısı koronavirusu lağa qoydu

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif avstriyalı həmkarı ilə görüşdə maraqlı olay yaşanıb.

© aa.com.tr

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avstriyalı həmkarıAleksandr Şallenberq ilə görüşdə maraqlı hadisə yaşanıb.

“Report” İHA-ya istinadən xəbər verir ki, İran XİN başçısı görüşdə koronavirus infeksiyasını lağa qoyub.

“And içirəm ki, koronavirusa yoluxmamışam. Koronavirusdan təsirlənməmişəm, salamlaşa bilərik”, - o deyib.

Xatırladaq ki,İran Səhiyyə Nazirliyi ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib.