Almalı pankeyk (10 ay+)


Digərləri 24 Fev 2020 13:51:00 170 0

Almalı pankeyk (10 ay+)

Ana namizədlərinin bilməsi olan ən vacib məsələlərdən biri odur ki, körpənizə verəcəyiniz hər bir ərzaq, onun sağlamlığına fayda verməlidir. Zərərli olan bir sıra ərzaqlardan uzaq olmaq vacibdir. Körpəyə vaxtaşırı təbii şəkildə yetişən alma verildikdə, onun sümük və əzələ inkişafı üçün çox faydalı olmasını bilməlisiniz.

Verilən bir qaşıq alma ilə körpənizin mədə pozğunluğu aradan qalxır. Unutmayın ki, sağlam qidalanan körpənin inkişafında heç bir problem yaşanmır. Almanın, boy uzanmasına çox faydalı olması da artıq hər kəsə məlumdur. Bu qədər çox faydalı olan bir meyvə mətbəxinizdən əskik edilməməlidir.

Körpələr alma yeyə bilərmi? Altı ayı tamam olan körpəyə alma püre şəklində bir çay qaşığı olaraq verilə bilər. Sonra bir çay qaşığı iki çay qaşığı şəklində artırılaraq verilir. Uşağınıza verəcəyiniz alma gündəlik və təzə olmalıdır.

Alma pankeyki üçün inqridientlər;  1 ədəd yumurta sarısı, 1 ədəd alma, 2 xörək qaşığı su, 2 çay qaşığı buğda unu (unun miqdarını konsistensiyaya görə ayarlaya bilərsiniz), 2 çay qaşığı "Zeytun Bağları" zeytun yağı.