İranlı deputat Qumda koronavirusdan 50 nəfərin öldüyünü açıqladı


Dünya 24 Fev 2020 13:58:51 133 0

İranlı deputat Qumda koronavirusdan 50 nəfərin öldüyünü açıqladı

İranın Qum şəhərində koronavirusun yayılmasına görə vəziyyət ürək açan deyil, hökumət virusa nəzarətdə uğurlu addım ata bilmir.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Qum şəhərindən olan millət vəkili Əhməd Əmirabadi Fərahani bu gün parlamentin iclasından sonra bildirib.

Onun sözlərinə görə, indiyədək Qum şəhərində koronavirusdan 50 nəfər həyatını itirib: "Şəhəri  karantinə almayıblar. Tibb bacılarının karantinə uyğun geyimləri yoxdur.  Hökumət xəbərlərin yayılmasında maneə yaradır".

Koronavirusdan iki azyaşlının da həyatını itirdiyini deyən Ə.Ə.Fərahani bildirib ki,  250 nəfərdən çox şəxs Qum şəhərində karantindədir. "3 həftədir koronavirus Qumda yayılıb, lakin hökumət bu məsələni gec elan edib. Apteklərdə maska çatışmazlığı mövcuddur".