İranda koronavirusa yoluxanların sayı 60ı keçib


Dünya 24 Fev 2020 13:23:00 129 0

İranda koronavirusa yoluxanların sayı 60ı keçib

İranda yeni koronavirusa yoluxanların sayı indiyədək 60 nəfəri keçib.

Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini doktor İrəc Hərirçi mətbuat konfransında deyib. Son.az bildirir ki, bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

İ.Hərirçinin sözlərinə görə, koronavirusa yoluxmaqda şübhəli bilinənlərin sayı 900 nəfərə çatıb.

Hərirçi əlavə edib ki, bu virus nəticəsində indiyədək 12 nəfər olub.