Başqırdıstandan Azərbaycana taxılla yüklənmiş qatar göndərildi


İqtisadiyyat 24 Fev 2020 12:31:44 143 0

Başqırdıstandan Azərbaycana taxılla yüklənmiş qatar göndərildi

Başqırdıstandan Azərbaycana göndərilən taxılın əksər hissəsinin dezinfeksiya işləri başa çatdırılıb.

Rusiya FederasiyasınınBaşqırdıstan Respublikasından Azərbaycana göndərilən taxılın əksər hissəsinin dezinfeksiya işləri başa çatdırılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Azərbaycana göndərilən 27 vaqon taxılın hamısı ziyanvericilərdən fitosanitar təmizlənməsindən keçirilərək Gömrük İttifaqının mövcud tələblərinə tam uyğundur.

Qeyd olunur ki, bu ay ərzində Başqırdıstanın Tuymazı şəhərindəki elevatordan Azərbaycana 2 min tondan çox taxıl göndərilib.