Daha üç ölkədə koronavirus aşkarlandı


Dünya 24 Fev 2020 11:55:34 132 0

Daha üç ölkədə koronavirus aşkarlandı

Onlardan biri İrandan gəlmiş Səudiyyə Ərəbistanı vətəndaşıdır. Məlumata görə, xəstə müalicə alanadək Küveytdə qalacaq

© google.az

Bəhreyn, Küveyt və Əfqanıstandakoronavirusa yoluxma hallarıqeydə alınıb.

“Report” “Arab News”a istinadən xəbər verir ki, Bəhreyndə koronavirus diaqnozu İrandan gəlmiş vətəndaşa qoyulub.

Küveytdə isə 3 nəfərinkoronavirusa yoluxması faktı aşkarlanıb. Onlardan biri İrandan gəlmiş Səudiyyə Ərəbistanı vətəndaşıdır.

Məlumata görə, xəstə müalicə alanadək Küveytdə qalacaq.

Eyni zamanda Əfqanıstanda da ilk koronavirus hadisəsinin qeydə alındığına dair məlumat yayılıb.