Bakıdan Ankara və İstanbula 1 avroya uçmaq mümkün olacaq


İqtisadiyyat 24 Fev 2020 11:56:00 128 0

Bakıdan Ankara və İstanbula 1 avroya uçmaq mümkün olacaq

Bakıdan Ankara və İstanbula 1 avroya uçmaq mümkün olacaq

© google.az

"Türk Hava Yolları" şirkətinintörəməsi olan“AnadoluJet”in martın 29-dan etibarən İstanbul şəhərinin "Sabiha Gökçen" və paytaxt Ankaranın "Esenboğa" hava limanlarından həyata keçirəcəyi yeni uçuşların birtərəfli qiymətləri 1 avrodan başlayacaq.

“Report” bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, simvolik qiymətAzərbaycan, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistana yerinə yetiriləcək aviareyslərə aid ediləcək.

Xatırladaq ki, “AnadoluJet” 2016-cı ildə yaradılıb. Loukosterhazırda 36 təyyarəsi ilə 43 hava limanına uçuşlar həyata keçirir.