İranda yayılan koronavirusun Azərbaycanın turizm bazarına necə təsir göstərəcəyi açıqlandı
Digərləri 24 Fev 2020 12:07:00 147 0
Dövlət Turizm Agentliyi (DTA) İranda koronavirusun yayılmasının iki ölkə arasındakı vəziyyətə turizm baxımdan hansı formada təsir göstərəcəyini açıqlayıb.
Son.az xəbər verir ki, Agentliyin mətbuat katibi Kənan Quluzadə Trend-ə açıqlamasdında bildirib ki, hazırda koronavirusla əlaqədar dünya turizmi krizis mərhələsini keçir:
"Buna görə də hazırkı vəziyyət yalnız milli səviyyədə verilən qərarlardan asılı olmur. Bu, həm də insanların psixoloji durumundan asılıdır. Dünyada bir çox insanlar öz səfərlərini ləğv edir və səfərlərə daha ehtiyatlı yanaşırlar. Dünyanın bir çox ölkələrində hətta irimiqyaslı tədbirlər də təxirə salınır. Əlbəttə ki, bütün bunlar ümumi mənzərəyə mənfi təsir göstərir".
K.Quluzadə qeyd edib ki, turizm bazarındakı qlobal krisiz Azərbaycanın turizm bazarına da təsir göstərə bilər.
O əlavə edib ki, DTA-nın hazırda turizmlə bağlı atdığı atddımlar və verdiyi proqnozlar iki faktordan asılıdır.
DTA rəsmisinin sözlərinə görə, bu, həm dünyada baş verən qlobal vəziyyətdən, həm də Azərbaycanın sərhəd-keçid məntəqələrində rejimə cavabdeh olan dövlət strukturlarının qərarlarından asılıdır: