Arvadını və 3 uşağını maşına mindirib yandırdı


Dünya 24 Fev 2020 11:56:00 154 0

Arvadını və 3 uşağını maşına mindirib yandırdı

İdmançı həyat yoldaşını və övladlarını öldürdükdən sonra özünə qəsd edib.

Son.az nypost-a istinadla xəbər verir ki, avstraliyalı keçmiş reqbi oyunçusu, 42 yaşlı Rowan Baxter həyat yoldaşını və övladlarını öldürdükdən sonra intihar edib.

O, həyat yoldaşı və 3 uşağı avtomobildəykən onu yandırıb. Rowan daha sonra özünü bıçaqlayıb.

Qatilin qohumu 9News-a açıqlamasında bildirib ki, Rowan şiddətli şəkildə misogonist olub. Qohumunun dediyinə görə, qadınlara nifrət edən Rowan onları, sadəcə, xidmətçi və ya fahişə kimi görürmüş.

Başqa bir müsahibəsində isə Rowan kişi xəyanətini dəstəklədiyini bildirib.