Kanadada koronavirusa yoluxanların sayı 10 nəfərə çatıb


Dünya 24 Fev 2020 11:39:00 131 0

Kanadada koronavirusa yoluxanların sayı 10 nəfərə çatıb

Kanadada yeni növ koronavirusa daha bir yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ontario əyalətinin Səhiyyə Nazirliyindən bildiriblər.

Qeyd edilir ki, koronavirusa yoluxan qadın ölkəyə fevralın 21-i Çindən gəlib. O, Torontoya gəldikdən sonra həkimlərə müraciət edib.

Qeyd edək ki, Kanadada yeni növ koronavirusa yoluxanların sayı 10 nəfərə çatıb.