“Onlar musiqiçi deyil, istifadəçidirlər”


Şou-biznes 24 Fev 2020 11:23:00 144 0

“Onlar musiqiçi deyil, istifadəçidirlər”

Şou-biznes bərbad vəziyyətdədir. Çox heyif ki, estrada və pop musiqisi günü-gündən zəifləyir.

Son.az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Samir Cavadzadə deyib.

İfaçı bayağı müğənnilərin çoxalmasında onları qınayanlara cavab verib:

"Hərdən deyirlər ki, siz çıxmırsınız deyə, məcbur qalıb onları efirə çağırırıq. Bayağı oxuyan müğənniləri biz çıxarmamışıq. Özəl kanallar istədiyi hər ifaçını çağırır. Efirdə zarafat da olar. Elə şeylər var ki, mənə çatmır. İndiki bəyənilən mahnılar pop və estrada musiqisi deyil. Onlar 40 il bundan öncə "Yonika" sintezatorlarda çalınan Özbəkistan və Türkmənistan ritmləridir. Görmüşük ki, insan inkişaf edər. İfaçılar var idi ki, yeni çıxanda bayağı oxuyurdular deyə bəyənilmirdilər. Amma dəyişdilər: yaxşı bəstəkarlarla, musiqiçilərlə işlədilər. Hər şeylərini qurban verdilər ki, qazansınlar. İnsanların zövqünü korlayanlar musiqiçi deyil, istifadəçidirlər. Sadəcə pul bazarıdır, istifadə edirlər".