Donald Tramp Hindistana getdi


Dünya 24 Fev 2020 11:12:59 175 0

Donald Tramp Hindistana getdi

D.Trampla birgə Hindistana onun həyat yoldaşı Melaniya Tramp, qızı İvanka, kürəkəni Cared Kuşner və administrasiyanın yüksək vəzifəli şəxsləri gediblər

© washingtontimes

ABŞ Prezidenti Donald Trampın Hindistana 2 günlükrəsmi səfəri başlayıb.

“Report” xəbər verir ki, onu Əhmədabad hava limanındaHindistanın Baş naziri Narendra Modi qarşılayıb.

D.Trampla birgə Hindistana onun həyat yoldaşı Melaniya Tramp, qızı İvanka, kürəkəni Cared Kuşner və administrasiyanın yüksək vəzifəli şəxsləri gediblər.

Bu D.Trampın Hindistana ilk rəsmi səfəridir.