İranda koronavirusla mübarizəyə vəsait ayrılıb


Dünya 24 Fev 2020 10:50:00 123 0

İranda koronavirusla mübarizəyə vəsait ayrılıb

İranda yeni koronavirusla mübarizə istiqamətində 5,3 trilyon rial (təxminən 126 milyon dollar) vəsait ayrılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Plan və Büdcə Təşkilatının sədri Məhəmməd Baqir Nobəxt "Twitter" səhifəsində yazıb.

M.Nobəxtin sözlərinə görə, İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki ilə danışıqlar aparılıb və vəsait nazirliyə ödənilib.

Nobəxt əlavə edib ki, hökumət koronavirusla mübarizə aparmaq və onun yayılmasının qarşısını almaq üçün maliyyə yardımları göstərməyə hazırdır.