Kolumbiyada minik avtomobili qatarla toqquşdu:


Dünya 24 Fev 2020 10:28:00 117 0

Kolumbiyada minik avtomobili qatarla toqquşdu:

Kolumbiyanın Syenaqa bələdiyyəsində (Maqdalena departamenti) minik avtomobili qatarla toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobildə olan 4 nəfər həlak olub.

Bildirilir ki, avtomobil dəmir yolu keçidindən keçməyə çalışıb və yaxınlaşan qatarı görməyib.

Qəza ilə bağlı araşdırma aparılır.