Yunanıstan koronavirus səbəbiylə İtaliyaya təhsil səfərlərini ləğv etdi


Dünya 24 Fev 2020 09:27:00 138 0

Yunanıstan koronavirus səbəbiylə İtaliyaya təhsil səfərlərini ləğv etdi

Yunanıstanın Təhsil Nazirliyi koronavirus səbəbiylə İtaliyaya bütün təhsil səfərlərini ləğv edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Nazir Niki Keramosun yeni sərəncamına qədər İtaliyaya planlaşdırılan bütün təhsil səfərləri ləğv edilir. Qonşu ölkədə təsdiqlənmiş koronavirus hallarıdan sonra və İctimai Səhiyyə Milli Təşkilatının tövsiyələrinə uyğun olaraq şagirdlərimizi, tələbələrimizi, müəllimlərimizi yoluxucu xəstəliklərdən qorumaq üçün qabaqlayıcı tədbirlər görürük".

Qeyd edilir ki, bütün təhsil müəssisələrinə müvafiq məktublar göndəriləcək.