Bakıda "Mercedes" yol kənarındakı maneəyə çırpılıb və alışıb


Digərləri 24 Fev 2020 08:52:00 131 0

Bakıda "Mercedes" yol kənarındakı maneəyə çırpılıb və alışıb

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.